/
/
Günlük ev seçərkən nəyə diqqət etməli
Qonaq üçün · 4 dəq oxu
Günlük ev seçərkən nəyə diqqət etməli
Sahiblə danışmazdan əvvəl bir neçə dəqiqəlik yoxlama qalmanızı rahat edəcək.
Şəkillər
Şəkillər bir-birinə uyğun olmalıdır: eyni mebel, eyni pəncərələr. Şəkil azdırsa və ya yalnız interyer göstərilirsə, sahibdən əlavə şəkil istəyin.
Yerləşmə
Xəritədə evin yerinə baxın. Metroya, marketə və ya nişangaha məsafəni sahiblə dəqiqləşdirin.
Şərait
- Wi-Fi, kondisioner və qızdırıcı işləyirmi
- Parkinq var və pulsuzdurmu
- Mətbəx avadanlığı, dəsmal və yataq dəsti verilirmi
Qaydalar
Siqaret, ev heyvanı, qonaq qəbulu və sakitlik saatı barədə qaydaları əvvəlcədən oxuyun.
Rəylər
Son rəylər daha çox məlumat verir. Sahibin rəylərə cavabı da onun qonaqlara münasibətini göstərir.