/ / Avans göndərməzdən əvvəl: 5 sadə qayda
Təhlükəsizlik · 3 dəq oxu

Avans göndərməzdən əvvəl: 5 sadə qayda

Sayt ödəniş qəbul etmir. Avans sahiblə sizin aranızda razılaşmadır və bu qaydalar riski azaldır.

1. Əvvəlcə danışın

Sahibə zəng edin. Yalnız yazışma ilə razılaşan, zəngə çıxmayan sahibə ehtiyatla yanaşın.

2. Evi görün

Canlı video zəng və ya əlavə şəkil istəyin. Real sahib bundan imtina etməz.

3. Məbləği kiçik saxlayın

Avans adətən bir gecənin qiymətindən çox olmur.

4. Kart sahibini yoxlayın

Köçürmə etdiyiniz kartın sahibinin adı elandakı sahibin adı ilə uyğun olmalıdır.

5. Yazılı təsdiq alın

Tarix, qiymət və avans məbləğini WhatsApp-da yazılı təsdiqləyin.

Şübhəli hal olarsa, elan səhifəsində “Şikayət et” düyməsini basın.

Digər yazılar

Dəstək