/ / Məxfilik siyasəti

Məxfilik siyasəti

Bu siyasət günlükkiraye.az-ın hansı məlumatları topladığını və necə istifadə etdiyini izah edir.

Son yenilənmə: 1 oktyabr 2026

Hansı məlumatları toplayırıq

  • Telefon nömrəsi və hesab növü (qonaq və ya sahib)
  • Profil məlumatları: ad, e-poçt, iş saatları
  • Elan məlumatları və şəkillər
  • Favorilər, saxlanmış axtarışlar və rəylər
  • Texniki məlumatlar: brauzer, cihaz, IP ünvanı

Nə üçün istifadə edirik

  • Hesaba giriş və təhlükəsizlik
  • Elanların göstərilməsi və moderasiyası
  • Bildirişlər (icazə verdiyiniz kanallarla)
  • Saytın işini yaxşılaşdırmaq üçün statistika

Kimlə paylaşırıq

Sahibin elanda göstərdiyi əlaqə nömrəsi qonaqlara açıqdır. Digər məlumatları üçüncü tərəflərə satmırıq. Məlumatlar yalnız qanunla tələb olunduqda səlahiyyətli orqanlara verilir.

RentBono ilə sinxronizasiya aktiv olduqda elan məlumatları Rentbono MMC-nin sistemləri arasında ötürülür.

Saxlama müddəti

Məlumatlar hesab aktiv olduğu müddətdə saxlanılır və hesab silindikdən sonra 30 gün ərzində silinir.

Hüquqlarınız

Məlumatlarınızı kabinetdə görə, dəyişə və hesabı silə bilərsiniz. Suallar üçün: destek@gunlukkiraye.az.

Dəstək