/
/
Təhlükəsizlik məsləhətləri
Təhlükəsizlik məsləhətləri
Günlük kirayədə əksər problemlərin qarşısını bir neçə sadə addımla almaq olar.
Qonaqlar üçün
- Sahiblə əvvəlcə zəng və ya WhatsApp ilə danışın.
- Evdən canlı video və ya əlavə şəkil istəyin.
- Elandakı qiymətdən xeyli aşağı təklifə şübhə ilə yanaşın.
- Avans istənilirsə, məbləği kiçik saxlayın və köçürməni sahibin adına olan karta edin.
- Kart məlumatlarınızı və SMS kodlarını heç kimə verməyin. günlükkiraye.az heç vaxt kod istəmir.
- Girişdə evin vəziyyətini yoxlayın, problemi dərhal sahibə bildirin.
Sahiblər üçün
- Girişdə qonağın şəxsiyyət vəsiqəsini yoxlayın.
- Qaydaları əvvəlcədən yazılı razılaşdırın.
- Depozit alırsınızsa, məbləği və qaytarılma şərtini əvvəlcədən bildirin.
Şübhəli hal
Elan saxta görünürsə, elan səhifəsindəki “Şikayət et” düyməsini basın və ya dəstək xidmətinə yazın.